Xəbər lenti

Xalq artisti məhkəməyə verilməsindən danışdı
Ölkə 14:11 18.10.2023

Xalq artisti məhkəməyə verilməsindən danışdı

Xalq artisti məhkəməyə verilməsindən xəbərsizdir

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi məhkəməyə verilməsindən xəbərsizdir.

Bu barədə Qaynarinfo-ya Siyavuş Kərimi özü məlumat verib.

"İlk dəfədir ki, sizdən eşidirəm. Məhkəmədən mənə bildiriş gəlməyib. Vəfa adlı işçim olub, Azərbaycan Milli Konservatoriyasının müəllim işləyib", deyə rektor bildirib.

Qeyd edək ki, konservatoriyanın keçmiş müəllimi Xanbəyova Vəfa Nizami qızı rektorla bağlı Siyavuş Kərimiyə müraciət edib. O, konservatoriya rəhbəri barəsində "Əmək mübahisələri - İşə bərpa” üzrə iddia qaldırıb. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun sədrliyi ilə baxılacaq.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->