"Anar Kərimov işləyə bilmədi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov sabiq mədəniyyət naziri Anar Kərimovun vəzifəsindən çıxarılmasına münasibət bildirərkən deyib. Xalq artisti hesab edir ki, mədəniyyət naziri vəzifəsinə təyin ediləcək şəxs Prezidentin apardığı siyasətə layiq biri olmalıdır:
"Mən ona dəfələrlə konkret təkliflərlə müraciət elədim, heç o məni qulağına da almadı, sayıb cavab da vermədi mənə. Mənim üçün elə bir təsadüfi nazir yoxdur, ola da bilməz. Çox təəssüf ki, ölməkdə olan kinonun iki ili də Anar Kərimova getdi. İtirə-itirə gedirik, Allah eləsin ki, bu dəfə kimi mədəniyyət naziri qoysalar, həmin kresloya layiq adam olsun. Ən azı Prezidentin apardığı siyasətə layiq biri olsun. Çox təəssüf. İstər Polad Bülbüloğlu, istərsə də Əbülfəz Qarayev bu işin içində olan şəxslər olub. Onların hər ikisi bu vəzifəyə təyin olunana kimi dövlət işində işləyib və təşkilatı işləri bilirdilər. Polad Bülbüloğlu kinonun içində böyüyən, işləyən adam idi, kinonun, mədəniyyətin bütün problemlərini bilirdi. O cümlədən də teatr və musiqini”.
Xalq artisti deyir ki, bununla da Anar Kərimovun kariyerası bitdi:
"Amma sözün həqiqi mənasında biz Anar Kərimovu yazıq elədik. Yazıq oldu Anar. Onun Mədəniyyət naziri vəzifəsinə aidiyyatı yoxdur. Təsüdüfi adamları vəzifəyə gətirmək olmaz. Bunların yuxarı orqanlara təqdimatını kim verirsə, onlar da məsuliyyət daşıyır. Onların mədəniyyətlə düşmənciliyi var. Qoy kinonun sahibləri gəlsin, bizə ayrılan pulları oğurlanmasın, aralarda yeyilməsin, sənətə xərclənsin. Anar və komandası heç bir il də işləmədilər. Gələn kimi başladılar özlərini düşünməyə. İki il nazir təyin olunan birinin korrupsiya ilə məşğul olması, xalqın cibinə girməsi anlaşılan deyil, adam deyərlər ki, bir az asta ol da, bir sağına-soluna bax da. Həmin andan başladılar talamağa. Onların arxasında duran adamlar da məsuliyyət daşıyır”.
Bahar Rüstəmli
Şərhlər