Serbiya - Bolqarıstan interkonnektoru Serbiya üçün çox vacibdir, bu, qaz tədarükünü şaxələndirməyə və onun alternativ hasilat mənbələrini əldə etməyə imkan verib.
Qayanrinfo xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bu, Serbiyaya altı mənbədən yeddiyə qədər maye qaz almağa imkan verəcək. Bunlara Aleksandrupolisdəki terminal daxildir. Bütün bunlar Serbiyanın enerji təhlükəsizliyini daha da təmin edəcək.
O qeyd edib ki, Azərbaycan Serbiyanın əsl dostu olaraq qalmaqda davam edir.
Şərhlər