Voleybol üzrə Türkiyə millisinin üzvü Hande Baladini sosial şəbəkədə hədələyən Mustafa N. adlı şübhəli şəxs həbs edilib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Instagram" istifadəçisi Mustafa N. sosial şəbəkədə milli üzvünü, həmçinin, onun çıxış etdiyi "Eczacıbaşı Dynavit"i və klubun sponsorunu hədələyən mesajlar yazıb.
O, eyni gündə müxtəlif paylaşımlarla bir neçə dəfə voleybolçunu hədələyib. Həmin şəxs mesajında "Meşə yolunda uzanacağam, idman klubu gedərkən maşınını axtaracağam. Məndən şikayət etmədi. Məndən qorxmurdu. Mən bunu açıq şəkildə, davamlı hədələrlə, ağlınıza gələn hər şeylə həyata keçirmişəm. Amma mən ona saf sevgili kimi görünürdüm. Sanki o, məni hər şeyi həyata keçirməyə vadar edə bilən adamdır. Bundan da yararlandı... Bu qıza deyirəm ki, üzünə turşu tökərəm, heç qorxmur. Qisas almadan mənim üçün ölüm yoxdur”, deyə yazıb.
Bu paylaşımlardan narahat olan Baladin Baş Prokurorluğa şikayət edib və şübhəlinin cəzalandırılmasını istəyib.
Nəticədə, polis Mustafanı Bakırköydə yaxalayıb. Şübhəlinin hədə-qorxu gəlmə, yaralama və narkotik kimi cinayətlərə yol verdiyi müəyyənləşib. Bakırköydə psixoloji xəstəliklərin müalicə edildiyi xəstəxanda qeydiyyatda olduğu və eyni zamanda orada texniki işçi kimi çalışdığı müəyyənləşən Mustafa N. hədə-qorxu və təhqir iddiası ilə həbs olunub.
Səbuhi Həsənov
Şərhlər