Xəbər lenti

“Vaqner” Suriyanı tərk edir: İran bundan öz xeyrinə istifadə edə bilər - ISW
Dünya 10:22 21.09.2023

“Vaqner” Suriyanı tərk edir: İran bundan öz xeyrinə istifadə edə bilər - ISW

Rusiyanın özəl hərbi şirkəti "Vaqner” Suriyadakı mövqelərini tərk edir. İran bundan istifadə edərək regiona nəzarətini genişləndirə bilər.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqat İnstitutuna (ISW) istinadən xəbər verir

Analitiklər yazır ki, avqustun 27-də Rusiya Müdafiə Nazirliyi Suriyadakı "Vaqner”ə ölkəni tərk etmək və ya Rusiya silahlı qüvvələrinə qoşulmaq əmri verib. Hazırda ölkədə 1500-dən çox "vaqnerçi” və daha 3000 suriyalı özəl hərbi şirkətə çalışır. Rusiyalı hərbi bloqqerlər bildiriblər ki, öz aktivlərini Rusiya Müdafiə Nazirliyinə deyil, İrana vermələri muzdlular üçün daha sərfəlidir. 

”Vaqner”in Suriyadan getməsi İrana orada daimi və sərfəli mövcudluq yaratmaq imkanı verir. İran Suriyanın mərkəzi səhrasının ərazisindən silah və hərbi texnikanı Levant vasitəsilə tərəfdaşlarına ötürmək üçün istifadə edir", - analitiklər qeyd edirlər.

Bundan əlavə, Suriya gübrələrin əsas tərkib hissəsi olan fosfatların dünyanın məlum ən böyük ehtiyatlarına malikdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->