Xəbər lenti

Şuşanın adını daşıyan
İdman 14:21 28.11.2023

Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?

Azərbaycanın kişilərdən ibarət "Xarı Bülbül Şuşa” və "Xarı Bülbül Laçın” voleybol komandaları ciddi maliyyə böhranı ilə üzləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sponsor problemini həll edə bilməyən hər iki komanda dağılmaq üzrədir.

Oxu24.com-un verdiyi məlumata  görə, komandaların heyəti üç aydır ki, maaş almır. Hətta "Xarı Bülbül Şuşa” bu səbəbdən Avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın "Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası bir ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.

Noyabrın 29-da Yunanıstanda baş tutacaq oyun üçün təyyarə biletləri də Azərbaycan Voleybol Federasiyasının hesabına  alınıb.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak” klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.

Klubun təsisçisi beynəlxalq idman agenti, "IL'AZERO”nun sahibi, eyni zamanda komandanın kapitanı İlqar Tofiq oğlu İmamquliyev, baş məşqçisi isə Ziya Rəcəbovdur.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->