Xəbər lenti

Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi (FOTO)
Ölkə 12:20 20.10.2024

Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi (FOTO)

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib.

Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->