Xəbər lenti

Ulan-Batorda hökumət sarayının qarşısında etirazçılar üçün çadırlar quruldu
Dünya 16:06 13.12.2022

Ulan-Batorda hökumət sarayının qarşısında etirazçılar üçün çadırlar quruldu

Monqolustanın paytaxtı Ulan-Batorda kömür oğurluğuna etiraz olaraq oturaq aksiyaya çıxan etirazçılar üçün Hökumət Sarayının qarşısındakı meydanda keçə yurd-çadırlar qurulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt Monqolustan ikon.mn portalına istinadən məlumat yayıb.

Etiraz aksiyaları artıq onuncu gündür ki, davam edir. Bir gün əvvəl 20-yə yaxın insan "oturaq aksiyası” elan edərək 20 dərəcə şaxtada açıq meydanda gecələyib. 

Hökumət sarayının qarşısında gecələyənlərin dəqiq sayı barədə məlumat verilmir. 

Dekabrın 5-də nümayişçilər Çinə gömrükdən yan keçməklə kömür ixracı ilə bağlı Monqolustanın Hökumət Evinə basqın etməyə cəhd ediblər. Nümayişçilər şübhəlilərin adlarının açıqlanmasını tələb ediblər, onların arasında etirazçıların fikrincə, yüksək vəzifəli siyasətçilər də ola bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->