Ukrayna Milli Bankı dizayna müasir Ukrayna şüarı "Slava Ukraini! Geroyam Slava!” əlavə edərək yenilənmiş milli valyuta əskinaslarını dövriyyəyə buraxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat
yayıb.
Milli Bank aşağıdakı yeni əskinasların dövriyyəyə buraxılacağını açıqlayıb:
2024-cü il avqustun 8-dən - 500 və 1000 qrivna nominalında;
23 avqust 2024-cü il tarixindən - 50 qrivna nominalında;
sonrakı illərdə - 20, 100 və 200 qrivna nominalında.
Yenilənmiş pul nişanları qanuni ödəniş vasitəsi kimi əvvəlki illərdə dövriyyəyə buraxılmış müvafiq nominalda olan digər pul nişanları ilə birlikdə dövriyyədə olacaq.
Nizami Bağırov
Şərhlər