Xəbər lenti

Ukrayna əhalisi 10 milyon azalıb - BMT
Dünya 16:50 22.10.2024

Ukrayna əhalisi 10 milyon azalıb - BMT

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri qaçqınların axını, doğum səviyyəsinin aşağı düşməsi və müharibə nəticəsində ölənlərin sayı ilə bağlı Ukrayna əhalisi 10 milyon nəfər və ya təxminən dörddə biri azalıb.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Şərqi Avropa bölməsinin rəhbəri Florens Bauer bildirib

Cenevrədə mətbuat konfransında Bauer 2022-ci ilin fevral işğalının onsuz da çətin olan demoqrafik vəziyyəti daha da ciddi vəziyyətə çevirdiyini söyləyib.

"Doğuş nisbəti kəskin şəkildə aşağı düşüb və indi hər qadına təxminən bir uşaq düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Əhalinin sabit qalması üçün bir qadına 2,1 uşaq doğma qabiliyyəti tələb olunur.

Bauer deyib ki, müharibənin Ukrayna əhalisinə təsirinin dəqiq hesablanması münaqişədən sonra, tam siyahıyaalma aparılacaq vaxta qədər gözləməli olacaq.
Onun sözlərinə görə, birbaşa təsir faktiki olaraq əhalisiz qalan bölgələrdə, yalnız qocaların və uşaq dünyaya gətirə bilməyən cütlüklərin qaldığı kəndlərdə hiss edilib.
Ukrayna əhalisinin azalmasının böyük hissəsi hazırda xaricdə, əsasən də Avropada yaşayan 6,7 milyon qaçqınla bağlıdır. Müharibə ölümləri də faktordur.
"Dəqiq rəqəmlər söyləmək çətindir, lakin təxminlərə görə, qurbanların sayı on minlərlədir", - deyə o bildirib. 

Xatırladaq ki, Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun məlumatına görə, Ukrayna əhalisi:
1 yanvar 2022-ci il tarixinə - 42 milyon nəfər,

2024-cü ilin iyul ayına - 35,8 milyon nəfər, o cümlədən dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini tam şəkildə həyata keçirdikləri ərazilərdə - 31,1 milyon nəfər olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->