Xəbər lenti

Üçüncü dəfə oğurladığı hinduşkaları sahibinə satmaq istədi
Ölkə 16:30 12.10.2023

Üçüncü dəfə oğurladığı hinduşkaları sahibinə satmaq istədi

Saatlı sakini oğurladığı toyuq və hinduşkaları sahibinə satarkən saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Saatlı rayonunda anadan olmuş Sakit Yəhyayev (ad-soyad şərti) qonşusu Əlinin 4 ədəd hinduşka və 8 ədəd toyuğunu oğurlayıb. 

O, oğurladığı həyət quşlarını Sabirabad şəhərindəki "Qlobus” adlanan dairənin yaxınlığında tanımadığı şəxsə satpıb (toyuqların birni 8 manata, hinduşkanın birini 30 manata).

Hadisədən 6 gün sonra Sakit yenidən Əlinin hinindən 2 hinduşka oğurlayıb və həmin yerə apararaq tanımadığı şəxsə satıb. Həmin pulu xərcləyib qurtardıqdan 9 gün sonra yenidən Əlinin 2 hinduşkasını oğurlayıb. Yenə "Qlobus” adlanan dairənin yanına gedərək hinduşkaları satmaq üçün adam axtarıb. 

Bu dəfə Sakitin oğurladığı hinduşkaları müştəri qismində zərərçəkmiş Əli almaq istəyib. Əli Sakitə hinduşkaların ona məxsus olduğunu deyib. Aralarında mübahisə yaranıb və hadisə eyrinə polis gəlib. 

Sakit saxlanılaraq Sabirabad Polis Şöbəsinə aparılıb. Barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. Sakitin üçüncü dəfə oğurlayaraq sata bilmədiyi hinduşkalar isə Əliyə qaytarılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Sakit narkotik aludəçisidir və oğurluq yolu ilə qazadığı pulla narkotik alırmış. 

Məhkəmənin qərarı ilə Sakit Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iki il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->