ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp prezident Co Baydeni Rusiya və Çin arasında əlaqələrin möhkəmlənməsinə kömək etdiyinə görə tənqid edib.
Qayanrinfo-nun məlumatına görə, o, söz verib ki, seçkilərdə qalib gəlsə, Moskva və Pekini "ayıracaq".
"Bayden onları birləşdirdi (Rusiya və Çin-red.). Ayıbdır... Mən onları ayırmalı olacam. Düşünürəm ki, bunu bacararam", deyə Tramp amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.
Xatırladaq ki, may ayında Vladimir Putin Pekinə səfər edərək Çin Xalq Respublikasının sədri Si Szinpinlə görüşüb. Avqust ayında isə Rusiya prezidenti Çin Dövlət Şurasının sədri Li Tsianı Kremlə qəbul edib, sentyabrda Çin sədrinin müavini Xan Jenlə görüş keçirib. Oktyabrın ortalarında Rusiyanın müdafiə naziri Andrey Belousov Pekinə səfər edib. Çin hakimiyyəti Rusiya ordusu ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib.
ABŞ prezident seçkiləri qarşıdan gələn çərşənbə axşamı, 5 noyabr tarixində keçiriləcək. Donald Trampın Demokratlar Partiyasından rəqibi vitse-prezident Kamala Harrisdir.
Aydın
Şərhlər