Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlunun vəzifədən azad edilməsinə münasibət bildirib.
RİH-dən Qaynarinfo-ya daxil olan məlumatda bildirilib ki, M.Hüseynov bir neçə gün öncə deyil, bu ilin may ayının 14-də öz ərizəsi ilə işdən çıxıb.
Yəni qurumun açıqlamasından belə görünür ki, əmri A.Əliyev deyil, əvvəlki icra başçısı Əziz Əzizov imzalayıb.
09.22
Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüaftı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlu vəzifəsindən azad edilib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Hələlik həmin vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şərhlər