Amerika Yazıçılar Birliyinin 4 dörd aylıq tətili Kaliforniya iqtisadiyyatına təxminən 5 milyard dollara başa gəlib, ittifaqlar və studiyalar arasında çəkişmələr davam etdikcə bu rəqəm arta bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat
yayıb.
Kaliforniya iqtisadiyyatına dəyən zərər yazıçıların sonuncu tətilinin keçirildiyi 2007-2008-ci illərdəki ziyanı ötüb. Həmin vaxt tətil 100 gün davam edib və iqtisadi itkilər 2,1 milyard dollar olub.
Cari tətilin Kaliforniya iqtisadiyyatına gündə 30 milyon dollara başa gəldiyini bildirilir. Milken İnstitutunun baş qlobal strateqi Kevin Kloden FT-yə bildirib ki, tətil bir çox televiziya şousu və filmlərinin istehsalını dayandırıb, qida xidməti müəssisələri, quru təmizləyicilər, sürücülər, icarə şirkətləri və kino sənayesi ilə məşğul olan digərlərinə təsir edib.
WGA mayın 2-də müddətsiz tətilə başlayıb. İyulun ortalarında ABŞ Ekran Aktyorları Gildiyası (SAG) qoşulub. Bu, yazıçı və aktyorların 1960-cı ildən bəri ilk eyni vaxtda tətili, 1980-ci ildən isə aktyorların ilk irimiqyaslı tətili olub. Avqustun sonunda studiyalar yazıçılara bir sıra təkliflər, o cümlədən qonorarların artırılması və süni intellektdən istifadə ilə bağlı təkliflər veriblər.
Aydın
Şərhlər