Xəbər lenti

Şon Penin çağırışı dəstəklənmədi, Zelenskinin çıxışı verilmədi - “Oskar” gecəsi baş verənlər (FOTO)
Foto 11:14 28.03.2022

Şon Penin çağırışı dəstəklənmədi, Zelenskinin çıxışı verilmədi - “Oskar” gecəsi baş verənlər (FOTO)

Martın 27-dən 28-nə keçən gecə Los-Ancelesdə "Oskar” mükafatlarının təqdimetmə mərasimi baş tutub. Əsas qələbə rejissor Sian Giderin çəkdiyi "CODA: Ürək ritmində” filmi olub. Ən yaxşı aktyorların heykəlcikləri Cessika Çesteyn ("Temi Feyin gözləri") və Uill Smitə ("Kral Riçard") verilib.

Qaynarinfo xəbər verir ki, Prezident Zelenskinin bir gün əvvəl mərasimə daxil edilməsi təklif edilən nitqinin nümayişi baş verməyib.
 
Daily Mail-in məlumatına görə, təşkilatçıların əllərində Zelenski komandasının müraciəti ilə videosu olsa da, mərasimin təşkilatçıları bütün Ukrayna xalqına dəstək əlaməti olaraq bir dəqiqəlik sükuta üstünlük veriblər.

Bir dəqiqəlik sükutdan əvvəl "Ukrayna" sözünü belə dilinə gətirməyən Mila Kunis çıxış edib, buna görə də sonradan Twitter-də izləyicilər tərəfindən tənqid olunub.

Oskar səhnəsində dəstək sözlərini səsləndirən bir neçə nəfərdən biri aparıcı Emi Şumer olub.

"Ukraynada soyqırım baş verir. Qadınlar və transgenderlər öz hüquqlarını itirirlər..." - o, Entoni Hopkinsin gəlişini elan etməzdən əvvəl deyib.

Sean Penn həmkarlarını mərasimi boykot etməyə çağırsa da, heç kim onun çağırışına qoşulmayıb. Qırmızı xalıya çıxan aktyorlardan bəziləri Ukrayna ilə həmrəy olduqlarını bildirib, lent və bayraqlarla öz görüntülərini tamamlayıblar.

Onların arasında qırmızı səkidə verdiyi müsahibədə Ukrayna haqqında bir neçə söz deyən Ceyson Momoa, Ceymi Li Kertis, Samuel L. Cekson və Benedikt Kamberbetç də var.

Xatırladaq ki, bundan əvvəlki Spirit Awards и  Critics Choice Awards mükafatlarının mərasimlərində ulduzlar da Ukraynanı dəstəkləmişdilər. Xüsusilə, aktrisalar Kristen Stüart və Mariya Bakalova öz çıxışlarında ukraynalılara dəstək olublar.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->