Xəbər lenti

Sabah Cəmil Məmmədliyə hökm oxuna bilər
Ölkə 18:21 16.04.2024

Sabah Cəmil Məmmədliyə hökm oxuna bilər

Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi sabah keçiriləcək. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək prosesdə jurnalistə hökm oxuna bilər. 

Məlumat üçün deyək ki, dövlət ittihamçısı Cəmil Məmmədlinin 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ötən prosesdə jurnalist və vəkil çıxış edib. Yəni, məhkəmə demək olar ki, yekunlaşıb. 

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamları qəbul etmir və cinayət işinin qondarma olduğunu bildirir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->