Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən ilin əvvəlində bu vəzifədən uzaqlaşdırılan rusiyalı general-polkovnik, Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski Ukraynadakı müharibədə iştirak etmək üçün geri qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmasının bazar günü icmalına istinadla məlumat yayıb.
Rusiya Hava-Desant Qüvvələrinin (VDV) komandiri Teplinski "yüksək ehtimalla Ukraynadakı əsas rola qayıdıb", deyə icmalda qeyd olunur.
"Teplinski, yəqin ki, sıravi hərbçilərin hörmət etdiyi yüksək rütbəli azsaylı rus generallarından biridir. Onun son keşməkeşli karyerası Rusiyanın Ukraynaya hərbi yanaşması ilə bağlı Rusiya Baş Qərargahında fraksiyalar arasında güclü gərginliyin olduğunu göstərir", deyə Britaniya kəşfiyyatı belə hesab edir.
Hesabatda əlavə edilib ki, Teplinskinin rolu böyük ehtimalla yalnız hava-desant qoşunlarının bölmələri ilə məhdudlaşmayacaq, "o, elit qüvvə kimi korpusun ənənəvi rolunu gücləndirməyə kömək edəcək”.
Bundan başqa, son günlərdə Rusiya hava-desant qüvvələri yenidən Baxmut uğrunda döyüşdə əsas rol oynamağa başlayıb və ehtimal ki, Kremennaya sektorunda TOS-1A termobarik buraxılış qurğuları ilə TOS-1A "Solntsepek” sistemini qəbul edib.
Hələ yanvar ayında Britaniya kəşfiyyatı bildirmişdi ki, general-polkovnik Mixail Teplinskinin Rusiyanın əsas əməliyyat komandirlərindən biri vəzifəsindən qovulması ehtimalı Rusiya rəhbərliyində fikir ayrılıqlarının olduğunu göstərir.
Alpər
Şərhlər