Rusiya ordusunun hava zərbələri nəticəsində Odessa aeroportunun uçuş zolağı sıradan çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, raket zərbələri Odessa aeroportunun uçuş-enmə zolağını dağıdıb. Zolaqdan istifadə mümkün deyil.
Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib.
Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.
Xəyal
Şərhlər