Xəbər lenti

Rusiya idmançılarına neytral bayraq altında Olimpiadada iştirakını qadağan etdi
Dünya 13:48 14.07.2023

Rusiya idmançılarına neytral bayraq altında Olimpiadada iştirakını qadağan etdi

Rusiya idmançıları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) şərtləri ilə Olimpiadada iştirak etməyəcəklər. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Dmitri Çernışenko deyib. 

BOK Ukraynadakı müharibə səbəbindən onlara dövlət bayrağı və himnindən istifadəni qadağan edib.

"Əgər bunun üçün vətənindən imtina etməlisənsə, əlbəttə ki, bu bizə yaraşmaz. Buna görə də, anqlo-saksonların - neytral bayraq altında və himn olmadan çıxış etmək üçün hazırladıqları təhqirlərin arxasınca indi əlavə edirlər ki, xüsusi hərbi əməliyyat keçirmək qərarlarını açıq şəkildə pisləməlisiniz - biz bununla razı deyilik", - nazir müavini bildirib. 

Çernışenko onu da qeyd edib ki, o, Rusiya idmanına qarşı sanksiyalara məhkəmələrdə etiraz etmək üçün heç bir səbəb görmür, lakin sonradan istənilən halda iddia olacaq və indi hakimiyyət bunun üçün lazımi sənədləri toplayır.

Qeyd edək ki, aprelin sonunda Beynəlxalq Olimpiya Yay İdman Federasiyaları Assosiasiyasının (ASOİF) prezidenti Françesko Riççi Bitti bildirib ki, rusiyalılar Ukraynanın işğalını yazılı şəkildə pisləməyə məcbur edilməyəcək - onlardan yalnız neytrallıq meyarlarına cavab verilməsi tələb olunacaq. "Onlardan müharibəyə qarşı olduqlarını bildirmələri istənilməyəcək - Rusiyada buna görə cinayət işi açıla bilər", - Bitti qeyd edib. 

Dünən BOK Rusiya və Belarus Milli Olimpiya Komitələrinin 2024-cü il Olimpiadasına dəvət almayacağını açıqlayıb. İndi "yaşıl” siyahıda 203 MOK var - onlar iyulun 26-da rəsmi dəvət alacaqlar.

BOK aydınlaşdırıb ki, komitənin əvvəlki tövsiyələri beynəlxalq federasiyalar və yarış təşkilatçıları üçün nəzərdə tutulub, lakin Paris Olimpiadasına şamil edilmir. Əlavə ediblər ki, rusiyalılar və belarusların Oyunlarda iştirakı ilə bağlı yekun qərar daha sonra veriləcək. Komitə dəqiq tarix təyin etməyib.

Martın 28-də BOK Rusiya və Belarus idmançılarının neytral bayraq altında beynəlxalq yarışlara buraxılmasını tövsiyə edib. Lakin bu, komanda idman növləri üzrə yarışanlara, eləcə də Ukraynada müharibəyə fəal dəstək verənlərə, Silahlı Qüvvələr və ya xüsusi xidmət orqanları ilə müqaviləsi olanlara şamil edilməyib.

Eyni zamanda, BOK-un prezidenti Tomas Bax rusiyalıların və belarusların Parisdə keçiriləcək Olimpiadaya buraxılması ilə bağlı qərarın beynəlxalq idman federasiyaları tərəfindən veriləcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün yay və qış idman növləri federasiyalarının nəzdində xüsusi qurum yaradılacaq.

Fevral ayında ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Yaponiya da daxil olmaqla 35 ölkənin nümayəndələri rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılmasının əleyhinə çıxış ediblər.

Xatırladaq ki, 2014-cü ildə Soçidə keçirilən Olimpiya oyunları ilə bağlı dopinq qalmaqalından sonra rusiyalı idmançılar növbəti Olimpiadada artıq neytral bayraq altında çıxış ediblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->