Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclasından sonra Rusiya və Belarus idmançılarının yarışda iştirak şərtləri ilə bağlı qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, Komitənin rəsmi açıqlamasına görə, söhbət aşağıdakı şərtlərdən gedir:
1. İdmançılar, peşəkar liqalarda, xüsusən də Avropa, ABŞ və Kanadada, eləcə də bəzi fərdi peşəkar idman növlərində olduğu kimi idman yarışlarında "neytral idmançılar” kimi iştirak edəcəklər və heç bir şəkildə öz dövlətlərini və ya ölkələrində hər hansı digər təşkilatı təmsil etməyəcəklər;
2. BOK-un sülhməramlı missiyasına qarşı çıxan, Ukraynadakı müharibəni fəal şəkildə dəstəkləyən idmançılar iştirak etməyəcəklər;
3. Ümumdünya antidopinq məcəlləsi və bütün müvafiq antidopinq qaydalarına tam riayət edən idmançılar iştirak edəcəklər.
"Heç bir idmançı yalnız pasportuna görə yarışmaq hüququndan məhrum edilməməlidir", - BOK-un bəyanatında deyilir.
Nizami Bağırov
Şərhlər