Rusiya mövcudluğu təhlükə altına düşərsə, nüvə silahından istifadə edə bilər.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin rəsmi nümayəndəsi Qərbdə nüvə müharibəsi ilə bağlı bütün müzakirələri məsuliyyətsiz adlandırıb. Peskovun sözlərinə görə, Rusiya nüvə silahının "vida silahı” kimi şərh edildiyi müvafiq doktrinaya sadiqdir.
"Ölkəmizin varlığını bir şey təhdid edirsə, o zaman nüvə silahı istifadə oluna bilər. Bundan başqa, bu barədə danışmaq heç bir şəkildə mümkün deyil, məsuliyyətsizlikdir”, - Kreml spikeri "Bilik Birincidir” marafonunda çıxış edərkən deyib.
Peskov həmçinin qeyd edib ki, bu mövzu hazırda "rutinləşdirilir”, ona görə də çox təhlükəli olur.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ilə birbaşa toqquşma zamanı ABŞ-ın Şimali Avropadakı nüvə obyektlərinə hücumların ola biləcəyini deyib.
Alpər
Şərhlər