Xəbər lenti

Rəşad Sadıqovun sabiq klubu peşəkar liqalarla vidalaşdı
İdman 17:35 17.05.2023

Rəşad Sadıqovun sabiq klubu peşəkar liqalarla vidalaşdı

Öz meydanında keçirdiyi matçda "Elazığspor"a məğlub olan "Əskişəhərspor" 58 ildən sonra peşəkar liqalarla vidalaşıb.

Qaynarinfo-nun məlumatına görə, Türkiyənin 3-cü liqasının birinci qrupunda oynayan komanda 1965-1966-cı illərdən bəri yer aldığı peşəkar liqalarla vidalaşıb. Belə ki, sonuncu dəfə Elazığ təmsilçisinə öz meydanda 6-3 hesabı ilə məğlub olan "Əskişəhərspor” bundan sonra Regional Həvəskarlar Liqasında oynayacaq. 1965-ci ildə qurulan və keçmişdəki uğurlarına görə "Anadolu əfsanəsi" kimi tanınan "Əskişəhərspor" uzun illərdir Türkiyə Superliqası da daxil peşəkar çempionatlarda çıxış edirdi.

Əskişəhər təmsilçisi 1981-1982 mövsümündə aşağı liqaya düşüb və 1988-1989 mövsümünə qədər TFF 2-ci Liqasında çıxış edib. Bir il sonra yenidən yenidən Superliqaya qayıdan "qara-qırmızı"lı komanda növbəti mövsümün sonunda yenə aşağı düşüb. 

1994-1995-ci illərə qədər TFF 1-ci Liqada mübarizə aparan Əskişəhər təmsilçisi elə həmin mövsümün sonunda yarışla vidalaşıb. 1999-2000, 2000-2001 mövsümlərində TFF-1-ci Liqada şəhəri təmsil edən "Əskişəhərspor", 2001-2002, 2002-2003, 2003-2004, 2005-2006-cı illəri TFF 2-ci Liqasında keçirib. 2006-2007 mövsümündə TFF 1-ci Liqada çıxış edən "qara-qırmızılar" 2007-2008-ci illərdə eyni liqada meydana çıxıb.

2011-2012 mövsümünün ikinci yarısında Ersun Yanalın rəhbərliyi altında liqanı 4-cü pillədə başa vuran "qara-qırmızılar” UEFA Avropa Liqasının seçmə mərhələsində iştirak etmək hüququ qazanıb. 2015-2016 mövsümünü Superliqada 17-ci pillədə bitirən komanda TFF 1-ci Liqaya düşüb. 2020-2021 mövsümünə qədər bu liqada mübarizə aparan Əskişəhər təmsilçisi əvvəlcə 2-ci, 2021-2022 mövsümündə isə 3-cü Liqaya düşüb.
 
Millimizin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov 2010-2011-ci illərdə "Əskişəhərspor"un formasını geyinib. O, bu müdətdə cəmi 5 dəfə meydana çıxıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->