Ruanda klubu "Rayon”un futbolçusu Heritier Luvumbu, "Polis”lə matçda vurduğu qoldan sonra komandadan qovulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun qol sevincinin xüsusi şəkildə qeyd etməsi olub.
Belə ki, oyun zamanı cərimə zərbəsindən vurduğu qoldan sonra sol əli ilə ağzını bağlayıb və digər əli ilə nişan alıb. Bu hərəkəti siyasi mesaj kimi qəbul edildiyindən 29 yaşlı konqolu futbolçunun müqaviləsinə xitam verilib.
İlk açıqlamasında Luvumbunu qınayan klub, daha sonra onunla yolların ayrıldığını bildirib. Ruanda Futbol Federasiyası da futbolda siyasi simvol və ya sözlərdən istifadənin qadağan olması əsası ilə yarımmüdafiəçini altı ay müddətinə futboldan uzaqlaşdırıb.
Konqo Demokratik Respublikası ilə Ruanda arasında gərginlik ötən ildən artmaqdadır. İki ölkə bir-birini öz sərhədləri daxilində üsyançıları dəstəkləməkdə ittiham edir.
Səbuhi Həsənov
Şərhlər