Şabran rayonunun Ağbaş kəndi ərazisində qonşusunun qəpiklərini oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Adil Səmədov (ad-soyad şərti) qonşusunun fərdi yaşayış evinə qonaq gedib.
Adil getdiyi evdə qonşsunun övladına məxsus 32 manat dəyərində dəmir qəpikləri oğurlayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Əhməd
Şərhlər