Xəbər lenti

Putinin Türkiyəyə səfərinin tarixi niyə razılaşdırılmır? - Peskov açıqladı
Dünya 17:48 17.04.2024

Putinin Türkiyəyə səfərinin tarixi niyə razılaşdırılmır? - Peskov açıqladı

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın qrafikini hələlik razılaşdırılması mümkün olmayıb. Bu, Rusiya liderinin Ankaraya rəsmi səfərinin dəqiq tarixini söyləməyi çətinləşdirir.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, aydınlaşdırıb ki, belə bir maneə ölkələr arasında təmasda fasilə demək deyil:

"Tarix həqiqətən razılaşdırılmayıb, buna səbəb seçkilərin olması idi, indi andiçmə mərasiminə hazırlaşırıq, Ərdoğanın da gərgin proqramı var, regional bələdiyyə seçkiləri var idi, ona görə də bəzən qrafikləri koordinasiya etmək çətindir".

Onun sözlərinə görə, hər iki prezident telefon danışıqlarını davam etdirir: onlar ikitərəfli əməkdaşlıq, birgə layihələr və geosiyasəti müzakirə edirlər.

Qeyd edək ki, bundan bir qədər əvvəl Ərdoğan rusiyalı həmkarının səfəri məsələsinin yaxın vaxtlarda həll oluna biləcəyini deyib. Putin 2023-cü ilin dekabrında birbaşa xətt zamanı Türkiyəyə rəsmi səfər etməyi planlaşdırdığını açıqlayıb. Türkiyə prezidenti Putinin səfərini martın 31-dən sonra gözlədiyini söyləyub. 

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, prezidentlər qaz problemi, Akkuyu atom elektrik stansiyası layihəsi, taxıl müqaviləsi, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Kreml qeyd edib ki, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə və ticarət-iqtisadi əməkdaşlıq müzakirə olunacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->