Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putinin prezident seçkilərindən sonra da davam edəcək sıx səfər qrafiki var.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.
"Ümumiyyətlə, onun indi kifayət qədər sıx səyahət qrafiki var və bu, seçkilərdən sonra da davam edəcək", deyə Peskov bildirib.
Kremlin sözçüsü onu da agentliyə bildirib ki, Putinin prezident seçkiləri öncəsi yeni regionlara səfər planlaşdırıb-planlamadığını söyləmək hələ tezdir.
Qeyd edək ki, martın 7-də Putin Krasnodara gedib. Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək. 29 regionda ənənəvi formatla yanaşı məsafədən elektron səsvermənin keçirilməsi planlaşdırılır.
Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Alpər
Şərhlər