Xəbər lenti

Ekonomiks 23:09 01.10.2024

"Prestij-Kimya" əmək müqaviləsi olmadan işçi çalışdırıb?

Dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı ilə məşğul olan "Prestij-Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Pirişov Rüfət Mürvət oğludur. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->