Polşa prezidenti Anjey Duda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri postu uğrunda mübarizəyə qoşulmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wprost" məlumat yayıb.
"Eşitdim ki, Duda BOK prezidenti olmaq istəyir. Başa düşürəm ki, o, müddəti başa vurduqdan sonra məşğul olmağa nəsə axtarır, amma bu qurumu əsasən idmançılar idarə edir. Mən sizə daha real variantı nəzərdən keçirməyi məsləhət görərdim", deyə Dudanın BOK-a başçılıq etmək istəyi ilə bağlı xəbərə Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski reaksiya verib.
Avqustun 11-də Dünya Atletikasının prezidenti Sebastyan Koe də BOK-un rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Hazırda BOK-a rəhbərlik edən Tomas Bax 2025-ci ilin martında keçiriləcək təşkilat rəhbəri seçkilərində iştirak etməyəcək. Bax 2013-cü ilin payızından BOK-un rəhbəridir.
Duda 2025-ci ildə Polşada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək, çünki konstitusiya dövlət başçısının iki müddətdən artıq vəzifə tutmasını qadağan edir.
Aydın
Şərhlər