Polşa prezidenti Anjey Duda bildirib ki, onun ölkəsi Alyansın şərq sərhədini gücləndirmək üçün öz ərazisində NATO müttəfiqlərinin nüvə silahlarını yerləşdirməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Fakt” nəşrinə müsahibəsində
bildirib.
Polşa prezidentinin sözlərinə görə, nüvə silahının yerləşdirilməsi mövzusu bir müddətdir ki, Polşa-ABŞ danışıqlarının mövzusu olub.
"Gizlətmirəm ki, bu barədə məndən soruşanda hazır olduğumuzu bildirdim. Rusiya getdikcə Köniqsberq bölgəsini hərbiləşdirir. Bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Əgər NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bizim ərazimizdə nüvə silahının birgə istifadəsi çərçivəsində müttəfiqlərimiz tərəfindən nüvə silahının yerləşdirilməsi ilə bağlı belə bir qərar olarsa, biz buna hazırıq”, - deyə Duda bildirib.
Nizami Bağırov
Şərhlər