Xəbər lenti

Polisdən yayınmaq üçün əvvəlcə atla, sonra piyada qaçmağa çalışdı - Həbs olundu
Ölkə 13:54 12.04.2024

Polisdən yayınmaq üçün əvvəlcə atla, sonra piyada qaçmağa çalışdı - Həbs olundu

Xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Tərtər rayonunun Bayandur kəndində doğulmuş Namiq Kamilov (ad-soyad şərti) Ağdərə-Kəlbəcər rayonu istiqamətində yerləşən Dəvədaşı kəndi ərazisində atla gedərkən Kəlbəcər Rayon Polis Şöbəsinin post-patrul xidməti tərəfindən saxlanılıb. 

O, xüsusi icazəsi olmadan Ağdərə rayonu ərazisinə daxil olub, sənədləri yoxlanılmaq üçün polis əməkdaşları tərəfindən saxlanılarkən əvvəlcə özünü və sənədlərini təqdim etməkdən imtina edərək, atla qaçmağa çalışıb. Hadisə yerindən bir qədər uzaqlaşandan sonra atdan yıxılıb. Bu dəfə isə piyada hadisə yerindən qaçmağa çalışsa da, yorularaq polisə təslim olub. 

Məhkəmənin qərarı ilə Namiq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün həbs cəzası alıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->