Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanında yerlşən "ZOO” mağazadan telefon oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, kameranın yaddaşına baxış zamanı 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş Sabir (şərti) adlı şəxsin mağazadan dəyəri 300 manat olan "Xiaomi” markalı mobil telefonu oğurladığı aydınlaşıb.
Sabir məhkəmə ifadəsində bildirib ki, "ZOO” mağazasına pişik yeməyi almağa gedib. Mağazaya girərkən yerdə telefon olduğu görüb, həmin vaxt telefonun mağaza sahibinin olduğunu zənn edib. Lakin sonra stolun üstündə başqa bir telefon olduğunu görüb və düşünüb ki, yerdə olan telefon mağaza sahibinin deyil. Buna görə də həmin telefonu yerdən götürüb və 60 manata satıb. Dəymiş zərəri ödəməyə imkanın olmadığını bildirən təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Sabir İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Əhməd
Şərhlər