Xəbər lenti

Piramida üsulu ilə insanların pulu belə ələ keçirilir (VİDEO)
Video 23:02 07.10.2024

Piramida üsulu ilə insanların pulu belə ələ keçirilir (VİDEO)

Piramida və ya səadət zənciri adlandırılan dələduzluğun qurbanları günü-gündən artır.


İlk olaraq şirkət investisiya qoymaq müqabilində müəyyən faizdə gəlir təklif edir. Sonra isə digər şəxslərin cəlb edilməsini istəyir.


Hüquqşünas Şamil Paşayev deyir ki, piramida daim yeni maliyyə mənbələri cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlara vəd edilmiş məbləğdə vəsaiti ödəyirlər. Çünki birinci prinsip daha çox insanın bura cəlb olunmasıdır.


Yəni ilk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Həmin insanlar təhrik edilir ki, onlar ətraflarındakı insanları bu piramidaya qoşsunlar. İlk qoşulanlara müəyyən vəsait ödənilsə də, sonradan qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi də böyüyür.


Daxili İşlər Nazirliyi də sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradan və vətəndaşların vəsaitlərini kütləvi şəkildə ələ keçirən dəstələrin ifşa edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->