Xəbər lenti

Pep Qvardiola:
İdman 17:13 14.05.2024

Pep Qvardiola: "Pul hər şey olsaydı, "M.Y." bütün titulları qazanardı"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında pulun hər şey olmadığını deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazıb.

"Əgər söhbət puldan gedirsə, "Mançester Yunayted" bütün titulları qazanmalı idi. İkincisi "Çelsi", üçüncüsü isə "Arsenal"dır. Onlar son beş-altı ildə bizdən daha çox pul xərcləyiblər", deyə Qvardiola bildirib.

İngiltərə çempionatının turnir cədvəlində hazırda 86 xalla "Arsenal" birinci yeri tutur. "Mançester Siti" 85 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 78 xalla "Liverpul" qapayır. "Mançester Yunayted” 54 xalla 8-ci yerdədir.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/04, "Mançester Yunayted" 2012/13 mövsümündə Premyer Liqanın qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->