Xəbər lenti

Pensiyalar artacaq? - Nazirlikdən açıqlama
Ekonomiks 14:47 24.05.2024

Pensiyalar artacaq? - Nazirlikdən açıqlama

Pensiya artımları ilə bağlı qərar olarsa, biz bunu bölüşəcəyik.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, hələlik belə yekun qərar yoxdur: "Biz ötən ilin payızında builki DSMF büdcəsini hazırlayanda orta aylıq əməkhaqqına uyğun pensiya artımını 9,8 faiz hesablamışdıq, amma yekunda nəticə daha müsbət oldu və 10,2 % artım oldu”.//APA

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->