Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin lideri olduğu müddətdə o, heç vaxt Belarusa səfər etməyəcək.
Qaynarinfo xəbər verir ki, baş nazir bu barədə müxalifətin KTMT iləı bağlı ittihamlarına cavab verərkən danışıb.
Paşinyan bildirib ki, 2021-ci ildə hazırlanan proqramda respublika KTMT mexanizmlərindən ölkənin maraqları naminə istifadə etməyə çalışacaq:
"KTMT üzvlərindən biri bəyan edir ki, o, Qarabağdakı 44 günlük müharibənin hazırlanmasında iştirak edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəm?"
Paşinyan qeyd edib ki, o, müəyyən mənada MDB və Aİİ çərçivəsində əməkdaşlığa məcbur olacaq:
"Amma mən bildirmək istəyirəm ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə mən bir daha Belarusa səfər etməyəcəyəm. Həmçinin bu andan etibarən Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək".
O, bəyan edib ki, KTMT daxilində münasibətlərdə nəzəri cəhətdən, məsələn, Belarus KTMT-dən çıxmaq barədə qərar qəbul edərsə və ya Lukaşenko erməni xalqı üçün məqbul sayılan üzrxahlıq edərsə, dəyişiklikləri istisna etmək olmaz.
Aydın
Şərhlər