Xəbər lenti

Pandemiyaya görə toyu təxirə salınan keçmiş baş nazir evləndi
Dünya 13:45 13.01.2024

Pandemiyaya görə toyu təxirə salınan keçmiş baş nazir evləndi

COVID pandemiyasına görə toyu təxirə salınan Yeni Zelandiyanın keçmiş baş naziri Yasinda Ardern 5 il sonra evlənib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ardern sevgilisi Klark Geyford ilə evlənib. Mərasim Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 325 kilometr məsafədə yerləşən mənzərəli lüks bir üzüm bağında cütlüyün yaxınlarının iştirakı ilə keçirilib.

Qeyd edək ki, cütlük 5 il bundan əvvəl nişanlanıb, lakin Ardernin baş nazir olduğu müddətdə Yeni Zelandiya hökumətinin COVID-19 ilə bağlı məhdudiyyətləri səbəbindən toy təxirə salınmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->