Aprel ayında keçiriləcək "Oskar” mükafatlarının təqdimetmə mərasimi ənənəvi qaydada reallaşacaq. "Zoom” vasitəsilə iştirak isə qadağan ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hollywood Reporter” jurnalı təşkilatçıların namizədlərə göndərdiyi məktuba istinad edərək məlumat yayıb.
"Əlbəttə ki, dərhal bunu düşünəcəksiniz – bunu təhlükəsiz şəkildə etmək olarmı? Cavab: bəli, mümkündür”, - mətni nəşr tərəfindən yayımlanan məktubda göstərilir.
Təşkilatçının sözlərinə görə, tədbirdə koronavirus üçün müasir PCR testləri aparmağa imkan verən bir sistem olacaq.
Qeyd edək ki, "Oskar” mükafatçıları 25 aprel tarixində Los-Ancelesdəki "Dolby” Teatrında açıqlanacaq.
Şərhlər