Çərşənbə günü, iyulun 10-da Macarıstanın baş naziri Viktor Orban "sülhməramlı missiya” çərçivəsində Vaşinqtonda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə X-də yayımladığı videomüraciətdə
bildirib.
Onun sözlərinə görə, görüşün ən mühüm mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olub, onun sözlərinə görə, müharibə "yeni – həmişəkindən daha qəddar mərhələyə” daxil olub.
Orban deyib ki, o, Ərdoğandan "sülhə nail olmaq üçün səylərini" dəstəkləməsini istəyib.
"Müharibənin tərəflərinin mövqeləri hələ də bir-birindən çox uzaqdır, lakin sülh tərəfdarları səylərə qoşulsalar, birlikdə sülhə doğru növbəti addımı ata bilərik", - o deyib.
Alpər
Şərhlər