Xəbər lenti

Orban Avropa Parlamentinin plenar iclasına dəvət edilmədi
Dünya 15:54 12.07.2024

Orban Avropa Parlamentinin plenar iclasına dəvət edilmədi

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının qaydalarına hörmət etmədiyi üçün Avropa Parlamentinin ilk plenar iclasında çıxış etmək üçün dəvət edilməyib. İyulun 1-dən Macarıstan Aİ Şurasına sədrlik edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin "Renew” fraksiyasından olan deputat Klara de Melo Brüsseldə mətbuat konfransında bildirib.

"Orban gələn həftənin gündəmində deyil. Aİ Şurasına sədrlik Macarıstana keçdikdən sonra hər kəs onun hərəkətlərinin şahidi oldu. O, Avropa İttifaqının roluna və qaydalarına hörmət etmir, ona görə də bu plenar iclasa dəvət olunmayıb”, - Klara de Melo bildirib.

Bir qayda olaraq, Aİ Şurasına sədrliyin keçdiyi ölkənin lideri altı aylıq proqramı təqdim etmək üçün plenar iclasda parlament üzvlərinin qarşısına çıxır. Həmçinin ənənəvi olaraq Avropa komissarları sədrlik edən ölkənin paytaxtına gəlirlər. Avropa Komissiyasının nümayəndəsi Erik Mamer deyib ki, bu səfər Viktor Orbanın Moskvaya səfəri səbəbindən şübhə altına düşür.

Xatırladaq ki, iyulun 2-də Viktor Orban Kiyevə səfər edib, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və onunla atəşkəs imkanlarını müzakirə edib. Daha sonra Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə Çinə gedib. Orban bu səfərləri sülhə nail olmaq missiyasının bir hissəsi adlandırıb. Avropa İttifaqının hüquq xidməti Viktor Orbanın Moskvaya səfərini Aİ sazişlərinin pozulması kimi qiymətləndirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->