Xəbər lenti

Nərgiz nasizmi təbliğ etməkdə ittiham olundu
Dünya 18:15 09.08.2024

Nərgiz nasizmi təbliğ etməkdə ittiham olundu

"Xalqın çağırışı" ictimai hərəkatı Rusiyanın baş prokuroru İqor Krasnova məktub göndərərək müğənni Nərgiz Zakirovaya qarşı cinayət işinin açılmasını tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Life Shot" yazıb.

Fəallar müğənnini nasist atributlarını nümayiş etdirməkdə ittiham edirlər. Onlar Rusiya Federasiyasının Baş Prokurorluğundan Zakirovanın 282.4-cü maddəsi ilə yoxlanılmasını xahiş edirlər. 

Buna səbəb ifaçının Stepan Bandera obrazı ilə döyməsi olub. Müğənni avqustun 7-də "Instagram" hesabında ayağındakı yeni şəklini nümayiş etdirib.

2023-cü ildə Nərgiz Stepan Bandera obrazını döymə etdirəcəyini etiraf edib və onu sevimli qəhrəmanı adlandırıb. Eyni zamanda müğənni Ukraynanın gerbi formasında artıq hazırladığı döymələrini nümayiş etdirib.

Bundan əvvək Nərgiz Zakirova Özbəkistanı etibarsız ölkə adlandıraraq, vətənini tərk etdiyini və hazırda ABŞ və İsrail bayraqları altında çıxış etdiyini bildirib. İzləyicilərdən birinin Özbəkistanın onu doğrudan da qovub-qovmaması ilə bağlı sualını cavablandıran Nərgiz "etibarsız ölkələri özünün qovduğunu" bildirib. 

Bundan sonra ifaçı İsrail və ABŞ bayraqları ilə şərh verərək, vətəni və bayrağı olduğunu yazıb. Müğənni tezliklə yeni hitləri ilə tamaşaçılarını sevindirəcəyinə söz verib, ruhunun, vicdanının nurlu olduğunu bildirib. 

Qeyd edək ki, bundan əvvəl Nərgiz Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid edib. 2022-ci ilin mayında o, Domodedovo hava limanında saxlanılaraq Özbəkistana deportasiya edilib. Müğənninin 2072-ci ilə qədər Rusiyaya girişi qadağan edilib. Krıma səfər etdiyi üçün onun Ukraynaya girişi də qadağan olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->