Xəbər lenti

Nazirdən DTX-nın həbs etdiyi şöbə müdirinin yerinə müvəqqəti təyinat (FOTO)
Ölkə 10:59 03.12.2022

Nazirdən DTX-nın həbs etdiyi şöbə müdirinin yerinə müvəqqəti təyinat (FOTO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib. 

Əldə etdiyimiz digər məlumata görə, Anar Kərimov sözügedən hadisələrdə nöqsanlara yol verən bir neçə vəzifəli şəxsi də işdən azad edib və bəzilərinə töhmət verib. 

Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq Elmir Ağayevin şöbə müdirinin əvəzedicisi təyin edilməsi təsdiqlənib. 

DTX-nın əməliyyatlarından sonra nöqsanlara yol verən bir neçə vəzifəli şəxsin işdən çıxarılması və bəzilərinə töhmət verilməsi barədə sualımıza isə konkret cavab verilməyib.

Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->