Bir müddət bundan öncə meyxanaçı Namiq Mənanın Xalq artisti Fatma Mahmudovaya bahalı bağ evi hədiyyə etməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı. Məsələ ilə bağlı meyxanaçının münasibətini öyrənmək istəsək də, Namiq Məna "danışa bilmirəm” deyib movzudan yayınmışdı.
Bu məsələ hələ də sosial şəbəkələrdə müzakirə olunur.
Xalq artistinin qızı Qaynarinfo-ya açıqlamasında Fatma Mahmudovaya bağ evi hədiyyə olunmadığını bildirib:
"Bu, bir şou idi. Nə bağ evi? Yalandır. Sadəcə, veriliş idi, həmin bağ evində çəkilirdi. Evin yiyəsini tanımırıq. Qonaq kimi iştirak edib çıxmışıq".
Qeyd edək ki, bir müddət öncə Xalq artisti Fatma Mahmudova villanın meyxanaçı Namiq Məna tərəfindən ona hədiyyə edildiyini açıqlayıb.
Bahar Rüstəmli
Şərhlər