Xəbər lenti

Moskvada LXR-in keçmiş
Dünya 11:16 02.10.2024

Moskvada LXR-in keçmiş "energetika naziri" Zavizenovun meyiti tapıldı

Qondarma Luaqnsk Xalq Respublikasının keçmiş "yanacaq, energetika və kömür sənayesi naziri" Konstantin Zavizenovun meyiti Moskva vilayətində tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. İlkin məlumata görə, o, intihar edib. 

"Kommersant”ın mənbələri də oxşar ölüm səbəbinin adını çəkib.

"Moskva vilayətində 1974-cü il təvəllüdlü Konstantin Zavizenovun güllə yarası ilə meyiti tapılıb", - agentliyin həmsöhbəti deyib.

Açıq mənbələrə görə, Konstantin Zavizenov Permdə anadan olub və Perm Dövlət Texniki Universitetini bitirib. 2003-cü ildən Energetika Nazirliyi, Sənaye və Energetika Nazirliyi və Rosenergoatom konserninin investisiya şöbələrində çalışıb. 2010-cu ildən 2016-cı ilə qədər Cənab Zavizenov İnter RAO UES-də risklərin idarə edilməsi üzrə direktor vəzifəsində çalışıb. O, 2022-ci ilin avqustunda "LXR”in "yanacaq, energetika və kömür sənayesi naziri" təyin edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->