Xəbər lenti

Monqolustan Putinə beynəlxalq hüquqdan daha çox hörmət edir – Zelenski
Dünya 19:03 05.09.2024

Monqolustan Putinə beynəlxalq hüquqdan daha çox hörmət edir – Zelenski

Monqolustan Kremlin rəhbəri Vladimir Putinə beynəlxalq hüquqdan daha çox hörmət edir. Ölkə sülhdən çox müharibəyə hörmət edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski NBC News-a müsahibəsində danışıb.

"Monqolustan beynəlxalq hüquqa hörmət etmirsə, deməli, Putini qəbul edirlər. Və bildiyim qədər onlar Roma nizamnaməsi tətbiq ediblər. Və bu, onlar üçün işləməlidir. Və mən hesab edirəm ki, bu, Monqolustanın beynəlxalq hüquqa hörmət edib-etməməsi ilə bağlı cavabıdır. Xeyr, hörmət etmirlər. Putinə beynəlxalq hüquqdan daha çox hörmət edirlər", - Zelenski bildirib. 

Ukrayna prezidentinin sözlərinə görə, Monqolustan bu gün "qatilə” beynəlxalq hüquqdan, müharibəyə sülhdən daha çox hörmət edir. 

"Lakin bu o demək deyil ki, əgər bir neçə ölkə beynəlxalq hüquqa hörmət etmirsə, o zaman bu və ya digər şəxs üçün heç bir məsuliyyət olmayacaq. Çünki əksər ölkələr hələ də məsuliyyət gözləyəcək və bu, son nəticədə olacaq”, - Ukraynanın dövlət başçısı vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->