Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.
Qaynarinfo-nun məlumatına görə, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib. Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
"CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.
Səbuhi Həsənov
Şərhlər