Bu gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Qaynarinfo-nun məlumatına görə F qrupunda yer alan Canni De Byazinin rəhbərlik etdiyi komanda turnirə səfərdə başlayacaq. Yığmamız Avstriyanın qonağı olacaq. Linz şəhərindəki "Raiffeisen Arena”da baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
AVRO-2024, seçmə mərhələ
F qrupu, I tur
24 mart
23:45. Avstriya – Azərbaycan
Hakimlər: Bartoş Frankovski, Bartoş Heininq, Yakub Vinkler, Damian Kos (Polşa)
VAR hakimləri: Pavel Raçkovski, Kristof Mirmus (Polşa)
Linz, "Raiffeisen Arena”
Səbuhi Həsənov
Şərhlər