"Real Madrid"in keçmiş yarımmüdafiəçisi, "İnter Mayami" klubunun sahibi Devid Bekhem "Goal" nəşrinə müsahibəsində Lionel Messini tarixin ən böyük futbolçusu adlandırıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, klub argentinalı ulduzun həyatdan həzz ala biləcəyi bir yerdə olmaq istəyi sayəsində onunla müqavilə imzalamağı təşkil edə bilib.
"Leonun istədiyi tək şey ailəsinin gözəl həyat sürmək üçün köçə biləcəyi bir yer tapmaq idi. Bu, həqiqətən vacibdir. Bütün zamanların ən yaxşı futbolçusunun Mayamidə oynadığını söyləmək sadəcə bir xəyal idi", deyə Bekhem bildirib.
Qeyd edək ki, Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. O, bundan əvvəl "Barselona" və PSJ-də çıxış edib.
Aydın
Şərhlər