"İnter Mayami"nin futbolçusu Lionel Messi klubu MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməsə, Avropaya qısamüddətli icarəyə gələ bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnter Miami FC Hub" məlumat yayıb.
"İnter Mayami" hazırda Şərq Konfransında 14-cü yerdədir. Komandanı pley-off zonasından 6 xal geri qalır. Növbəti matçda "İnter Mayami” "Cincinnati” ilə qarşılaşacaq. Görüş oktyabrın 8-də baş tutacaq.
Bu arada "İnter Mayami"nin baş məşqçisi Cerardo Martino Messinin zədəsinin hələ tam sağalmadığını bildirib: "Düşünürəm ki, o, yenidən oynamağa yaxınlaşır. Dediyimiz kimi, cümə axşamı və cümə günü onun vəziyyətini qiymətləndirəcəyik. Getdikcə daha yaxşı forma yığır".
Argentinalı zədə səbəbindən "İnter Mayami”nin son bir neçə oyununu buraxıb.
Aydın
Şərhlər