Xəbər lenti

Məşhur sahibkar qardaşların pulları
Ölkə 11:51 17.09.2024

Məşhur sahibkar qardaşların pulları "TikTok"da jetona necə xərclənib?

Məşhur sahibkar qardaşların biznes pullarını "TikTok"a xərcləyən qohumları ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş Fəxri Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Fəxri Məmmədov xalası oğlu olan sahibkar Ehtiqad Qardaşovun təsisçisi olduğu "Agro EM" MMC şirkətinin 164 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs Azərbaycanda taxıl satışı ilə məşğul olan şirkətdə çalışıb. O, qohumluq əlaqələrindən istifadə edərək şirkətin 164.040 manat pulunu hissə-hissə "MilliÖn" aparatı vasitəsi ilə "TikTok" sosial şəbəkəsində istifadə edilən jeton almaq üçün istifadə edib. 

Məmmədov "TikTok"da canlı yayım edən istifadəçilərin yayımlarına baxıb, xoşuna gələn istifadəçilərə bir ədədinin qiyməti 650 manat olan "şir" hədiyyə göndərib. 9-20 iyun 2023-cü il tarixləri aralığında zərərçəkmiş şəxsə çatdırmaq üçün müxtəlif şəxslərdən qəbul etdiyi ümumilikdə 164.040 manat məbləğində pulun demək olar ki, hamısını bu üsulla, yəni "TikTok" canlı yayımlarında müxtəlif istifadəçilərə bahalı hədiyyələr göndərməklə xərcləyib. 

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, hədiyyə göndərmək istifadəçinin nüfuzunu artırdığından və bu ona maraqlı gəldiyindən, eləcə də başqalarının gözündə imkanlı biri kimi görünmək hissi xoş olduğundan, həm də yeni tanışlıqlara nail olmaq üçün təxminən 2023-cü ilin mart-aprel ayından profilinin balansına öz vəsaiti hesabına xırda məbləğlərdə pul əlavə edib, sonradan müxtəlif şəxslərə hədiyyələr göndərməyə başlayıb. Kiçik məbləğli hədiyyələr elə də diqqət çəkmədiyindən bahalı hədiyyələr göndərib, nüfuzunu artırmaq arzusuna düşüb. Maddi imkanı 650 manat olan bahalı hədiyyə göndərməyə çatmadığı üçün müxtəlif şəxslərdən aldığı və xalası oğluna çatmalı olan pulları profilinin balansına köçürürək, bahalı hədiyyələr göndərib.

Ehtiqad Qardaşov məhkəmədə təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin Fəxrinin valideynləri tərəfindən ödənildiyini bildirib. Məhkəmənin qərarı ilə Fəxri Məmmədov 5 il 6 il müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 


Mikayıl Qardaşov

Qeyd edək ki, Ehtiqadın qardaşları Mikayıl və Vüqar Qardaşovlar da taxıl satışı ilə məşğul olurlar. Elə şirkətin adı da qardaşların baş hərfi ilə "Agro EM" (Ehtiqad, Mikayıl) MMC-dir. Şirkətin direktoru isə Mikayıl Qaraşovdur. Onlara dövlət tərəfindən dəyəri milyonlarla manat güzəştli kreditlər ayırılıb. Ölkədə qardaşların xeyli sayda taxıl anbarı kompleksi mövcuddur. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->