Meqan Markl mühafizənin zəif olması səbəbindən uşaqları ilə birlikdə Böyük Britaniyaya gəlmək istəmir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Herald Sun" qəzeti məlumat yayıb.
Şahzadə Harrinin mayın 8-də Londondakı Müqəddəs Pavel Katedralində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edəcəyi gözlənilir. Lakin Meqan Marklın oğlu Arçi və qızı Lilibetlə birlikdə tədbirə qatılıb-qatılmayacağı hələ məlum deyil. Mənbənin sözlərinə görə, Susseks hersoqları dövlət mühafizəsi ilə təmin olunmaq şərti ilə uşaqlarını Böyük Britaniyaya gətirməyə hazırdırlar.
"İş o yerə çatıb ki, Meqan uşaqları ilə İngiltərəyə gəlmək istəmir. O, sadəcə özünü təhlükəsiz hiss etmir", deyə mənbə bildirib.
Bu yaxınlarda kral eksperti Tom Quinn bildirib ki, şahzadə Uilyam və xanımı Keyt Middleton şahzadə Harrinin Böyük Britaniyaya mümkün səfərindən narahatdırlar. Onun sözlərinə görə, kral ailəsinin üzvləri indi hadisələri elə planlaşdırmağa çalışırlar ki, "yöndəmsizlik və biabırçılıqdan" çəkinsinlər. Ekspertin sözlərinə görə, hətta qardaşların qısa müddət ərzində ictimaiyyət qarşısına çıxması variantı da nəzərdən keçirilir. Bu yolla şahzadə Uilyam və şahzadə Harri bir-birlərinə hörmət etdiklərini sübut edə bilərlər.
Aydın
Şərhlər